Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir
Far.Az xəbər saytı

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir


Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir.

"Report" xəbər verir ki, əsas müzakirə mövzusu "Süni intellekt dövründə insan kapitalının yeni reallığı" olan tədbir "Gülüstan" sarayında təşkil edilib.

İştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgidə təhsil və təlim sahəsində fəaliyyət göstərən şirkətlərin xidmətləri ilə tanış olublar.

Sammit çərçivəsində "Qlobal dəyişikliklərdən fərdi bacarıqlara" və "Dəyişiklikdən rəqabət üstünlüyünə" mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti noyabrın 27-də Naxçıvanda, dekabrın 4-də isə Xankəndidə ilk dəfə baş tutacaq.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər