Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
Far.Az xəbər saytı

Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq


Azərbaycanda traktorlar və digər kənd təsərrüfatı texnikası ilə bağlı xidmətlər göstərilərkən inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması qaydalarına dəyişiklik edilib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, traktorların və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi, texnikanın dövlət qeydiyyatına alınması və dövlət texniki baxışının keçirilməsi ilə bağlı təlimatların müvafiq müddəalarına İnzibati Xətalar Məcəlləsinin 57.6.3-cü maddəsinə istinad əlavə edilib.

Dəyişiklik yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı sənədlərin şəxsə çatdırılmasının mümkün olmadığı halları əhatə edir. Belə sənədlər qeyd olunan xidmətlər göstərilərkən şəxsə təqdim edilə biləcək.

İstinad edilən maddəyə əsasən, müvafiq qərarlar şəxsin elektron kabinetində qeyd olunan mobil telefon nömrəsinə SMS göndərildiyi andan rəsmi qaydada təqdim edilmiş hesab olunur. Elektron kabinetdə mobil telefon nömrəsi olmadıqda isə qərar şəxs kabinetdə yerləşdirilmiş sənədlərlə və onların əlavələri ilə tanış olduğu vaxtdan rəsmi qaydada verilmiş sayılır.

Qərar "Yol hərəkəti haqqında" Qanuna edilmiş dəyişikliyin icrasını təmin etmək məqsədilə qəbul olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər