Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib
Far.Az xəbər saytı

Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib


Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla, həmçinin Astara rayonunda yerləşən Əlişa qala kompleksi (e.ə. IV - e. XVI əsrlər) "Arxeoloji abidələr" bölməsinə əlavə edilib. Qubadakı Xatirə abidəsi – kütləvi məzarlıq (1918-ci il) da bu bölmə üzrə təsnifatlandırılıb.

Dəyişikliyə əsasən, Gəncə şəhərində yerləşən XIX əsrə aid üç yaşayış evi, eyni zamanda, Sumqayıt şəhərində yerləşən iki hamam - Hacı Məcid(XVI əsr) və Hacı Əmrulla hamamları (XVII əsr) "Memarlıq abidələri" statusu alıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar
Aleksandr Dümanın baş çəkdiyi Qubanın tarixi abidəsi: "Hündür günbəzli hamam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər