ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb
Far.Az xəbər saytı

ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb


ABŞ vətəndaşları elektron sistemlərin və rəqəmsal infrastrukturun genişmiqyaslı modernləşdirilməsi zamanı yarana biləcək texniki nasazlıqlara hazır olmalıdırlar.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.

Onun sözlərinə görə, mövcud sistemlərin modernləşdirilməsinə və kibertəhlükəsizliyin gücləndirilməsinə ciddi investisiyalar yatırılmalıdır. Bununla yanaşı, hesablama gücünün sürətlə artması və yeni tətbiqlərin inkişafı müəyyən çətinliklərlə müşayiət oluna bilər.

C.Kleyton genişmiqyaslı texnoloji yenilənmənin gözlənilməz problemlər yaratmasının qaçılmaz olduğunu vurğulayıb.

"Evi təmir edəndə və ya sistemləri yeniləyəndə hər dəfə əvvəlcədən nəzərdə tutmadığınız hallar ortaya çıxır", – o qeyd edib.

Son vaxtlar ABŞ-də dövlət qurumlarının və özəl şirkətlərin fəaliyyətinə təsir edən bir sıra ciddi texniki nasazlıqlar qeydə alınıb.

Belə ki, ötən həftə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarəetmə mərkəzlərinin rabitə sistemində yaranan nasazlıq səbəbindən ölkə üzrə təyyarələrin uçuşlarını dörd saatdan çox müddətə dayandırıb.

Bundan başqa, "Microsoft"un sistemlərində, "United Airlines" aviaşirkətinin və "JPMorgan Chase" bankının fəaliyyətində də genişmiqyaslı texniki problemlər yaşanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər