Azərbaycan Rusiyadan buğda alışını sentyabrda 77 % artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 224 milyon ABŞ dolları dəyərində 1 milyon 44 min 835 ton buğda idxal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,8 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 194,88 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 914 min 969 ton (+3 dəfə), Qazaxıstandan 29,15 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 864 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87 %) 1,6 ton (-81 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.
Təkcə sentyabrda Rusiyadan ölkəyə 38,84 milyon ABŞ dolları dəyərində 203 min 96 ton buğda gətirilib. Bu, bir il əvvəlin göstəricilərinə nisbətən müvafiq olaraq 61 % və 77 % çoxdur.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Həyat yoldaşına qonşusu ilə xəyanət edən, məktəbli qız ilə sevgili olan - İLLƏR ƏVVƏLİN 5 QALMAQALLI HADİSƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













