İlham Əliyev Latviya Prezidentini təbrik edib
Far.Az xəbər saytı

İlham Əliyev Latviya Prezidentini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report"un xəbərinə görə, təbrikdə deyilir:

"Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər