"Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada
Azərbaycanın qədim milli parça növlərindən biri olanalxaranın zənginliyini müasir dəblə birləşdirən"Alkhara" geyim brendinin növbəti təqdimat mərasimibaş tutub. Tədbirdə brendin fəlsəfəsi, parçalarınhazırlanma prosesi, milli geyim ənənələrininqorunması və müasir moda vasitəsilə təbliğiistiqamətində görülən işlər barədə iştirakçılara ətraflıməlumat verilib.
"Alkhara: Nağıllar gerçəkləşir" sloqanı altındakeçirilən təqdimatda milli irsimizin qədim naxışlarını, rəng çalarlarını və estetik xüsusiyyətlərini özündə əksetdirən eksklüziv geyim kolleksiyaları nümayiş olunub. Modellərin təqdimatı zamanı ənənəvi milli motivlərinmüasir dizayn elementləri ilə necə uzlaşdırıldığı diqqətçəkib.
"Alkhara" geyim brendinin təsisçisi və dizayneriKövsər Salmanova bildirib ki, layihənin ideyasıAzərbaycanın milli irsinin bir parçası olan, bu günnadir rast gəlinən alxara parçasından ilhamlanaraqyaranıb. Onun sözlərinə görə, əsas məqsəd layihəninəsas məqsədi Azərbaycanın qədim parça və geyimənənələrini yaşatmaq, milli irsimizi müasir dəbvasitəsilə dünyaya tanıtmaq, eləcə də yerli tekstil vədizayn nümunələrini beynəlxalq moda səhnəsindəlayiqincə təmsil etməkdir.
Təqdim olunan kolleksiyalar iştirakçıların marağınasəbəb olub. Nümayiş olunan geyimlərdən təsirlənənqonaqlar öz təəssüratlarını bölüşərək milli naxışlarınmüasir geyimlərdə istifadəsini və qədim tekstilənənələrinin yaşadılmasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, "Alkhara" brendinin ilk təqdimatı dadaha əvvəl baş tutub. Həmin təqdimatda brendinyaranma ideyası, milli parça ənənələrinə əsaslanankonsepsiyası və gələcək hədəfləri ictimaiyyətə təqdimedilmişdi. Bu dəfə keçirilən növbəti təqdimat isəlayihənin davamı olaraq yeni kolleksiyaların nümayişivə brendin yaradıcılıq istiqamətinin daha genişauditoriyaya çatdırılması baxımından əhəmiyyətdaşıyıb.
"Alkhara" brendi ənənə ilə müasirliyin vəhdətininümayiş etdirməklə yanaşı, milli mədəni irsimizin yeninəsillərə çatdırılmasına və Azərbaycan dəbinintanıdılmasına töhfə verməyi hədəfləyir.
Oxşar xəbərlər
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













