Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ


Səhər zəngli saatın siqnalını söndürüb əlavə 5 dəqiqə yatmaq vərdişi insanın daha gümrah oyanmasına kömək etmir. Əksinə, bu, yuxunun parçalanmasına və günə yorğun başlamağa səbəb ola bilər.

BAKU.WS "aif.ru"ya istinadən xəbər verir ki, həkim-somnoloq Pavel Kudinov bu barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəngli saatın siqnalını hər beş dəqiqədən bir təxirə salmaq səhər yuxusunu fasilələrlə bölür. Nəticədə oyanış daha narahat keçir və insan özünü yorğun, halsız hiss edir.

Mütəxəssis səhərlər yenidən yatağa qayıtmamaq üçün zəngli saatı və ya telefonu çarpayıdan uzaq məsafədə saxlamağı tövsiyə edib. Bu halda siqnalı söndürmək üçün yataqdan qalxmaq lazım gəlir ki, bu da tam oyanmağa kömək edir.

Qeyd edək ki, psixoloq Aleksey Melexin isə zəngli saatın kəskin və yüksək səsinin mənfi təsirləri barədə xəbərdarlıq edib. Onun fikrincə, belə səslər insanda qıcıqlanma, aqressivlik və hətta panik atak yarada bilər. Mütəxəssis yüksək səsli siqnalların stress hormonlarının artmasına səbəb ola biləcəyini bildirib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər