Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.
BAKU.WS "Bakupost"a istinadla xəbər verir ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, həmin vəzifəni 2014-cü ildən icra edirdi.
12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.
Abbas Muxtarzadə 26 dekabr 1989-cu ildə Bakıda anadan olub, 2007-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb.
O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













