Almaniya Albaniyanın Aİ üzvlük prosesinə dəstəyini davam etdirəcəyini bəyan edib
Far.Az xəbər saytı

Almaniya Albaniyanın Aİ üzvlük prosesinə dəstəyini davam etdirəcəyini bəyan edib


Almaniya Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə dəstəyini davam etdirəcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Albaniya və Almaniya arasında keçirilən diplomatik məsləhətləşmələrin 6-cı raundunda bildirilib.

Görüşdə Albaniyanın Aİ-yə üzvlük istiqamətində əldə etdiyi irəliləyiş, danışıqlar prosesi, islahatların davam etdirilməsi və ölkənin İttifaqa tamhüquqlu üzvlüyünə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin siyasi dialoq, iqtisadi və mədəni əlaqələr, NATO çərçivəsində əməkdaşlıq, regional proseslər və beynəlxalq təşkilatlardakı ortaq prioritetlər ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Almaniya Albaniyanın Avropaya inteqrasiyasına uzunmüddətli dəstəyini davam etdirəcək. Berlin, həmçinin Qərbi Balkanlarda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini, regionun Avropa gələcəyinin təmin olunmasını dəstəkləyir.

Oxşar xəbərlər

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər