25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
Far.Az xəbər saytı

25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı


Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bankın məlumatına əsasən, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmətlər üçün ayrılmış büdcə 11 min ABŞ dolları təşkil edir.

Mütəxəssisin nəzərdə tutulan ümumi iş həcmi 25 iş günüdür.

Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. Müqavilə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında uzadıla bilər.

Maraqlanan şəxslər müraciətlərini 2026-cı il noyabrın 18-dək təqdim etməlidirlər.

Layihənin icraçı qurumu "Azərbaycan Dəmir Yolları" QSC-dir. Elan üzrə əlaqələndirici şəxs AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijterdir.

Qeyd edək ki, elan fərdi məsləhətçi xidmətlərinin seçilməsi ilə bağlıdır.

Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib.

Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometr təşkil edir. Hazırda AİB bu dəmir yolu layihəsinin hazırlanmasına dəstək göstərilməsi üçün mütəxəssis cəlb etməyi planlaşdırır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər