Bolqarıstan sahillərində heyətində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu yük gəmisi batıb - Yenilənib
Türkiyənin NTV telekanalının məlumatına əsasən, Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayan "BETUL 8" yük gəmisində heyətin 8 üzvü Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşı olub.
"Report" xəbər verir ki, heyətin hamısının xilas olduğu və partlayışın səbəbinin araşdırıldığı bildirilir.
"BETUL 8" yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Somali bayrağı altında üzən "BETUL 8" gəmisi 3 ton səpmə buğda daşıyırdı və Rumıniyadan Misirə hərəkət edirdi. Onun göyərtəsində 12 heyət üzvü olub.
"Varnadakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə səhər saat 9:15-də fəlakət siqnalı daxil olub. Ekipaj bildirib ki, gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında yerləşən Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdədir", - məlumatda bildirilib.
Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə yerinə Qara dənizdəki Dəniz Minatəmizləmə və Kəşfiyyat Qrupunun dörd gəmisi – iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib. onların fəaliyyəti isə Dəniz Administrasiyası İcraiyyə Agentliyinin Fövqəladə Hallar və Xilasetmə İşləri üzrə Baş İdarəsi tərəfindən əlaqələndirilir.
Əməliyyata həmçinin iki "Cougar" helikopteri və bir "Su-25" təyyarəsi vasitəsilə ərazidə müşahidə və kəşfiyyat işləri aparan hərbi hava qüvvələri də qoşulub.
Bolqarıstan Milli Televiziyasının təsdiqlənməmiş məlumatına görə, gəmi artıq batıb.
Gəmi qəzasının səbəbləri, eləcə də batmanın dron zərbəsinin nəticəsi olub-olmaması hələ ki məlum deyil.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol













