Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
Far.Az xəbər saytı

Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib


ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə, İran yaxınlığında qruplaşmalarının sayı regiona gələn üçüncü aviadaşıyıcı zərbə qrupu ilə 20 döyüş gəmisini ötüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidməti məlumat yayıb.

İranın cənub-şərqindəki Ərəbistan dənizi bölgəsində hazırda üç təyyarə gəmisi döyüş növbətçisidir – "USS George Washington", "USS George Bush" və "USS Theodore Roosevelt". Onların hər birində 48 qırıcı təyyarə var. Onlarla birlikdə İran yaxınlığında kreyser, 13 raket esminesi, pilotsuz kəşfiyyat gəmisi və "USS Miguel Keith" ekspedisiya dəniz bazası yerləşdirilib.

Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi də Qırmızı dənizdə, dəniz piyadaları və bir esminesi daşıyan üç böyük amfibiya gəmisi isə Hind okeanındadır.

Bundan əlavə, dörd esmines şərqi Aralıq dənizində əməliyyat tapşırıqlarını həyata keçirir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər