Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq
Far.Az xəbər saytı

Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq


Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası və təhlükəsiz naviqasiyanın təmin edilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa ölkələri ilə fəal danışıqlar aparır.

"Far.Az" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Brüsseldə keçirilən regionlararası təhlükəsizlik üzrə Aİ nazirlər görüşündən sonra "Anadolu" agentliyinə açıqlamasında bildirib.

"Qlobal bazarlara taxıl tədarükünün bərpası, Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi və dünyanın yoxsul ölkələrinə zəruri buğdanın çatdırılması üzərində işləyirik. Müəyyən təkliflərimiz var və onlardan bəzilərini bu gün yekunlaşdırdıq", - o bildirib.

Fidanın sözlərinə görə, rəsmi Ankara bu məsələləri Qara dənizdəki vəziyyətdən birbaşa təsirlənən Bolqarıstan və Rumıniya ilə də müzakirə edir. "Bu gün (dünən -red) Bolqarıstan, Rumıniya və Ukraynanın nümayəndələri ilə görüşdük. Bundan əvvəl də Rusiya tərəfi ilə görüşmüşdük. Ümid edirəm ki, hazırladığımız formul nəticə verəcək və məsələni həll edə biləcəyik", - nazir qeyd edib.

Eyni zamanda, Fidan razılığın əldə olunmasında çətinlikləri qeyd edərək, xüsusilə Rusiyanın daimi sülh müqaviləsi bağlamadan Qara dənizdə ukraynalılarla müvəqqəti razılaşmada maraqlı olmadığını bildirib. "Tərəflərin bu vəziyyətdə razılığa gələ biləcəyi bir baza yaratmaq üçün müəyyən ideyalarımız var. Lakin onları ictimaiyyətlə bölüşmək üçün hələ tezdir. Biz bunları maraqlı tərəflərlə müzakirə edirik", - o bildirib.

Oxşar xəbərlər

Alians Development Bakıda dənizlə şəhəri birləşdirən "Bayıl Bulvarı"nın inşasına başlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər