Kadir İnanır həyat yoldaşına bankda 60 milyon nağd pul qoyub?
Far.Az xəbər saytı

Kadir İnanır həyat yoldaşına bankda 60 milyon nağd pul qoyub?


17 dekabrda rəsmi şəkildə açıqlanması gözlənilən Kadir İnanırın vəsiyyətnaməsindən əvvəl onun mal varlığı ilə bağlı bəzi detallar üzə çıxıb.

Far.Az xəbər verir ki, iddialara görə, onun bank hesablarında 60 milyon türk lirəsi olduğu bunun isə həyat yoldaşı Jülide Kurala qalacağı bildirilib.

Aktyorun vəsiyyətnamədə qeyd olunan bu məbləğdən başqa heç bir nağd pul ehtiyatı mövcud deyil.

Bildirilib ki, sənətkar uzun illər ərzində üzləşdiyi ağır xəstəliklər səbəbindən sərvətinin böyük bir hissəsini müalicə xərclərinə sərf edib.

"Hürriyet" qəzetinin məlumata əsasən, sağlamlıq problemləri ilə mübarizə aparan İnanır özəl klinikalarda aldığı müalicələrlə yanaşı, şəfa tapmaq üçün Kubaya da yollanıb.

2018-ci ildə beyninə qan sızmazdan əvvəl ağciyər xərçəngindən əziyyət çəkən aktyorun həmin dövrdə müalicə xərclərini qarşılamaq məqsədilə Dalamandakı bağ evini satdığı bildirilib.

Sonrakı illərdə səhhətinin yenidən pisləşməsi səbəbindən onun İstanbulun Ulus səmtindəki mənzilini də satmaq məcburiyyətində qaldığı iddia olunur.

Sənətkarın ömrünün son illərini yaşadığı Beykozdakı evin isə mərhum iş adamı İsmət Acar tərəfindən ona hədiyyə edildiyi deyilib.

Xatırladaq ki, Levent İnanırın bundan əvvəl verdiyi sərt açıqlamalar miras ətrafındakı gərginliyi daha da artırmışdı.

O, açıqlanan vəsiyyətnamənin həqiqiliyinə inanmadığını bildirərək, dayısının doğmalarına heç nə qoymadığını iddia etmiş, həmçinin sənətkarın son günlərdəki səhhəti və ona göstərilən qulluqla bağlı fikirləri ilə ictimaiyyətdə geniş rezonans doğurmuşdu.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Məşhur aktrisa Kadir İnanırın ona verdiyi pulu illərdir saxlayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər