Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun"
Far.Az xəbər saytı

Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun"


Dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumətin ayrıca fəaliyyət proqramının hazırlanması təklif olunur.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır:

"Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin, filialların və törəmə şirkətlərin sayı 65.5 mini ötüb. Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini keçib. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya və kommunikasiya sahəsində 1 800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. "J.P. Morgan", "Citibank", Almaniyanın "Commerzbank" kimi nüfuzlu maliyyə institutlarının Daşkənddə nümayəndəlikləri var. Qazaxıstanda "Hyundai" markalı avtomobillərin istehsal edildiyi müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il 52 mindən çox avtomobil istehsal olunub. Özbəkistanda dünyanın aparıcı elektromobil istehsalçılarından olan BYD şirkəti ilə birgə yaradılan zavodun ilkin mərhələsinə 160 milyon dollar sərmayə qoyulub, illik istehsal gücü 50 min avtomobil təşkil edir".

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər