Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb
Far.Az xəbər saytı

Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb


Kriptovalyuta bazarlarında son 24 saat ərzində likvidasiyaların həcmi 2,058 milyard dollara çatıb.

"Report"un məlumatına görə, bu barədə "Binance News" "CoinGlass" xidmətinin göstəricilərinə istinadən xəbər yayıb.

Ümumilikdə 329 min treyderin mövqeyi likvidasiya edilib.

Kriptovalyuta ticarətində likvidasiya birjanın marja mövqeyini məcburi şəkildə bağlaması deməkdir. Bu, kreditlə aparılan əməliyyat üzrə zərərlər treyderin girov məbləğini tükətdikdə baş verir. Mexanizm hesabdakı vəsaitin mənfi balansa düşməsinin qarşısını alır və ticarət platformasını mümkün itkilərdən qoruyur.

Likvidasiyalar əsas kriptovalyutaların məzənnələrinin aşağı düşməsi fonunda baş verib. "Tokenpost" portalının yazdığına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda təxminən 5 % azalaraq 2,23 trilyon dollara düşüb.

Bazar günü gecə saatlarında "Bitcoin" və "Ethereum" müvafiq olaraq 6 %-dən və 9 %-dən çox ucuzlaşıb.

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Neft qiymətlərinin yüksəlməsi kriptovalyuta bazarına necə təsir göstərir? – ARAŞDIRMA
Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər