Tramp Censen Huanqın "Nvidia"nın rəhbəri vəzifəsinə qayıtmasına etiraz etmir
Far.Az xəbər saytı

Tramp Censen Huanqın "Nvidia"nın rəhbəri vəzifəsinə qayıtmasına etiraz etmir


ABŞ Prezidenti Donald Tramp Amerikanın "Nvidia" korporasiyasının baş icraçı direktoru vəzifəsinə Censen Huanqın qayıtmasına etiraz etməyəcəyini bildirib.

"Far.Az" xəbər verir ki, o, bu barədə Ağ Evi tərk edib Alyaskaya yola düşərkən jurnalistlərə bildirib.

Bununla belə, ABŞ Prezidenti qeyd edib ki, Censen Huanq vacib bir dərs alıb.

Huanqın gedişindən sonra Tramp "Apple"ın keçmiş baş direktoru Tim Kukun "Nvidia" rəhbəri postuna namizədliyinə dəstəyini ifadə edib.

Censen Huanqın istefası noyabrın 12-də məlum olub. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb ABŞ xüsusi xidmət orqanlarının Çinin xeyrinə casusluqda şübhəli bildiyi, onunla eyni soyadı daşıyan Elis ilə ehtimal olunan əlaqəsinə dair mediada yayımlanan məlumatlar olub.

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Tramp Huanqın istefasından sonra Tim Kukun "Nvidia" rəhbəri təyin edilməsini təklif edib
FT: Jensen Huanq "Nvidia"nın baş direktoru vəzifəsinə qayıda bilər
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər