Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir?
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda, 2026-cı ilin ilk doqquz ayında ölkənin həm xarici, həm də daxili dövlət borcunun həcmində azalma qeydə alınıb.
2026-cı il oktyabrın 1-nə Azərbaycanın ümumi dövlət borcu 23 milyard 896.3 milyon manat təşkil edib. Bu, proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17.3 faizinə bərabərdir.
Ümumi borcun 7 milyard 666.2 milyon manatı və ya 32.1 faizi xarici, 16 milyard 230.1 milyon manatı və ya 67.9 faizi isə daxili dövlət borcunun payına düşüb.
Hesablama Palatasının məlumatına görə, ilin əvvəlindən ümumi dövlət borcu 2 milyard 91.2 milyon manat və ya 8.1 faiz azalıb. Bu dövrdə xarici dövlət borcu 516.8 milyon manat, daxili dövlət borcu isə 1 milyard 574.4 milyon manat azalıb.
Bununla yanaşı, 2027-ci ilin dövlət büdcəsində borca xidmət xərcləri üçün 2.2 milyard manat nəzərdə tutulur. Həmin vəsaitin 1 milyard 427.5 milyon manatı xarici, 772.5 milyon manatı isə daxili dövlət borcuna xidmətə yönəldiləcək.
Proqnozlara əsasən, 2027-ci ilin sonunda ümumi dövlət borcunun 28.6 milyard manata və ya ÜDM-in 20.3 faizinə çatacağı gözlənilir.
Far.Az xəbər verir ki, ölkənin maliyyə ehtiyatları və xarici borc öhdəlikləri arasındakı nisbəti Oxu.Az-a şərh edən iqtisadçı Kamran Hacıyev bildirib ki, strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığını göstərən mühüm göstəricidir:
"Rəsmi statistikaya əsasən, 2026-cı il sentyabrın 30-na strateji valyuta ehtiyatlarımız 89.4 milyard ABŞ dolları, xarici dövlət borcumuz isə 4.5 milyard dollar təşkil edib. Bu, Azərbaycanın xarici borc öhdəliklərini yerinə yetirmək baxımından güclü maliyyə imkanlarına malik olduğunu göstərir.
Belə yüksək valyuta ehtiyatları ölkə iqtisadiyyatına bir sıra üstünlüklər qazandırır. İlk növbədə, qlobal iqtisadi böhranlar, neft qiymətlərinin azalması və beynəlxalq bazarlardakı qeyri-sabitlik zamanı dövlətin maliyyə risklərinə qarşı dayanıqlığını artırır. Eyni zamanda, bu göstərici xarici investorların ölkəyə olan etimadını gücləndirə, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında daha əlverişli şərtlərlə borclanmasına imkan yarada bilər".
İqtisadçı hesab edir ki, mövcud maliyyə imkanlarından səmərəli istifadə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi qarşıdakı dövrdə əsas prioritetlərdən olmalıdır:
"Hesab edirəm ki, qarşıdakı dövrdə əsas məqsəd yalnız valyuta ehtiyatlarını artırmaq deyil, həm də mövcud maliyyə imkanlarından səmərəli istifadə etmək olmalıdır. Xüsusilə qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi, ixracın artırılması və yeni iş yerlərinin yaradılması prioritet istiqamətlər olmalıdır. Çünki uzunmüddətli iqtisadi sabitlik təkcə böyük valyuta ehtiyatlarından deyil, həm də güclü, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyatın formalaşmasından asılıdır".
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













