"Voyager-1" Yerdən bir işıq günü məsafəsinə uzaqlaşan ilk kosmik aparat olub
Far.Az xəbər saytı

"Voyager-1" Yerdən bir işıq günü məsafəsinə uzaqlaşan ilk kosmik aparat olub


"Voyager-1" Yerdən bir işıq günü və ya təxminən 26 milyard kilometr məsafəyə uzaqlaşan ilk aparat olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) hesablamalarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, aparat bu məsafəyə noyabrın 18-i Bakı vaxtı ilə saat 14:16-da çatıb. Bunu təsdiqləmək üçün NASA-nın Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasının mütəxəssisləri aparatdan gələn siqnalı təxminən bir sutka gözləməli olacaqlar. Laboratoriya noyabrın 19-na bu hadisəyə həsr olunmuş tədbir planlaşdırıb.

"Voyager-1" 1977-ci ildə buraxılıb. Aparat Yupiter və Saturnun yanından keçib, 2012-ci ildə isə heliosferin xarici sərhədini keçərək ulduzlararası fəzaya çıxıb. Hazırda o, saatda təxminən 61 min kilometr sürətlə hərəkət edir və insan tərəfindən yaradılmış, Yerdən ən uzaq obyekt olaraq qalır. Onun həmin ildə buraxılmış əkizi "Voyager-2" isə 2018-ci ildə ulduzlararası fəzaya çıxıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər