Zelenski: Ukrayna yaxın həftələrdə hərbi əsir mübadiləsi həyata keçirməyə çalışır
Ukrayna hərbi əsir mübadiləsinin yaxın həftələrdə həyata keçirilməsinə nail olmaq üçün bununla bağlı təkliflərini ABŞ-yə təqdim edəcək.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, hərbi əsir mübadiləsinə hazırlıq Ukrayna, Rusiya Federasiyası (RF) və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən üçtərəfli görüşündə əldə olunan ən mühüm razılaşmalardan biridir. Ukrayna artıq kəşfiyyat kanalları vasitəsilə bu məsələ ilə bağlı əlaqə saxlayır. Zelenski qeyd edib ki, razılaşmanın həyata keçirilmə müddəti Rusiya tərəfinin fəaliyyət tempindən və ABŞ komandasının Moskva ilə kommunikasiyasından asılı olacaq.
"Bu gün diplomatik komandamız, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərləri, Ukrayna Silahlı Qüvələrinin Baş Komandanı və danışıqların iştirakçıları ilə birlikdə bu həftə Berlində Avropa və amerikalı tərəfdaşlarla, eləcə də rusiyalılarla formatlar çərçivəsində keçiriləcək növbəti görüşün prioritetlərini müəyyənləşdirdik", - o yazıb.
Prezident həmçinin bildirib ki, Ukrayna Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindəki daha 10 məntəqədə humanitar əməliyyatların keçirilməsini təklif edib. Kiyev bu məsələni amerikalı vasitəçilərlə müzakirə etmək niyyətindədir.
Zelenski həmçinin qeyd edib ki, ABŞ üçtərəfli danışıqlar formatının Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşa, eləcə də Avropa Komissiyası, Avropa İttifaqı Şurası və NATO nümayəndələri hesabına genişləndirilməsini Moskva ilə razılaşdırıb.
O əlavə edib ki, Ukrayna Avropanın danışıqlar prosesində hərtərəfli iştirakını təmin etmək üçün tərəfdaşlarla fəaliyyətini əlaqələndirməyə davam edəcək.
Bundan başqa, Ukrayna tərəfi müharibənin başa çatması, ölkənin təhlükəsizliyinin təmin edilməsi, davamlı sülhün bərqərar olması və müharibədən sonra ölkənin bərpası kimi əsas məsələlər üzrə işlərin aparılma qaydasını tərəfdaşlarla müəyyənləşdirib. Zelenski yaxın həftələr üçün komandanın icra edəcəyi tapşırıqları təsdiqlədiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













