Vens: ABŞ İranla münasibətlərdə "qamçı və şirniyyat" metodundan istifadə edir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranla fikir ayrılıqlarının həlli prosesində "qamçı və şirniyyat" metodundan istifadə edir.
"Far.Az" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"İranlılar son bir neçə həftə ərzində gəmilərə zərbə endirməyiblər. Neft Hörmüz boğazından keçir, çünki Prezident Donald Tramp aydın şəkildə bildirib ki, İran gəmilərə zərbələr endirsə, biz cavab verəcəyik. Bəzən bu məsələdə qamçı və şirniyyata müraciət etmək lazımdır", - Vens bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı ABŞ İrandan həm müsbət, həm də mənfi siqnallar görür.
Vitse-prezident diplomatik səylərin vəziyyətin həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib. "Prezident bizə dedi: "Problem üzərində işləyin, danışıqların hara aparacağına baxın və diplomatik metodlar münaqişənin uğurlu həllini təmin etmirsə, hələ də bir çox fəaliyyət variantımız var və artıq Amerika vətəndaşları üçün çox şey əldə etdik", - Vens deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













