Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib
Far.Az xəbər saytı

Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib


Azərbaycanda aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edilib.

"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin direktor müavini Səadət Hacıyeva Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, aqrar sahənin dayanıqlı inkişaf və rəqabətqabiliyyətlilik anlayışları bir-birinə paralel inkişaf edən istiqamətlər deyil: "Dayanıqlı inkişaf dedikdə, ilk növbədə, torpaq və su resurslarımızın qorunması nəzərdə tutulur. Digər tərəfdən, 2-ci sütun kimi ərzaq təhlükəsizliyini gücləndirməli, daxili istehsalı artırmalıyıq. 3-cü istiqamət məhsuldarlığın yüksəldilməsi, əlavə dəyərin yaradılması və ixrac həcminin genişləndirilməsidir. 4-cü istiqamət innovasiyalı yanaşmaların tətbiqi və insan kapitalının inkişafıdır. Məhz bu istiqamətləri aqrar sektorun inkişafına təkan verən 4 əsas sütun kimi müəyyən etmişik. Ancaq detallara keçdikdə göstərməyə çalışacağam ki, bu istiqamətlərin hər birində bizi nə qədər çətin vəzifələr gözləyir".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər