Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub
Far.Az xəbər saytı

Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub


Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Elmar Allahverdiyev Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, son dövrlərdə məhsullarda pestisid qalıqlarının aşkarlanması halları artmağa başlayıb.

"Həmin notifikasiyalar Rusiya və Moldovadan daxil olub. Bildiyiniz kimi, narın ixrac potensialı böyükdür. Lakin bu tendensiya davam edərsə, nar ixracına qarşı ölkələr məhdudiyyətlər tətbiq edə bilər. Belə hallarda məhsulların bir çoxu idxalçı ölkədə məhv edilir və yaxud geri qaytarılır. Geri qaytarılan məhsullar isə ölkəmizdə də məhv edilməyə cəlb olunur. Bununla əlaqədar hörmətli aqronomlardan xüsusilə xahiş etmək istəyirəm ki, pestisidlərdən istifadə zamanı, xüsusən də onların tətbiqi qaydalarına və tələblərinə ciddi əməl etsinlər", - deyə E.Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, son vaxtlar agentlik 3 mindən çox ixracatçı müəssisədə monitorinq aparıb: "Bu çərçivədə həm pestisid qalıqları, həm də bitki sağlamlığı ilə bağlı yoxlamalar həyata keçirilib və məhsullar labor atoriya analizlərinə cəlb olunub. Müşahidələr göstərir ki, bir sıra təsərrüfatlarda ixracatçı ölkələrin tələblərinə uyğun məhsul istehsalının həcmi artan xətt üzrə davam edir. Bununla belə, xüsusilə kiçik və orta təsərrüfatlarda müəyyən problemlər hələ də var".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər