Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi
Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada endirdiyi raket zərbəsi şəhərin maliyyə mərkəzində dağıntılara səbəb olub.
Far.Az xəbər verir ki, bu barədəSəudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində mərkəzdəki göydələnlərdən birinə və ətrafdakı binalara maddi ziyan dəysə də, ölən və ya yaralanan olmayıb.
"Reuters" agentliyinin yaydığı məlumata əsasən, zərbə nəticəsində ölkənin ən hündür binası olan və Dövlət İnvestisiya Fondunun (PIF) baş qərargahının yerləşdiyi PIF Qülləsi zədələnib.
"Reuters"ə danışan üç məlumatlı mənbə göydələnin husilərə məxsus raketlə vurulduğunu təsdiqləyib.
Rəsmi qurumlar zədələnən binanın adını açıqlamasalar da, Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın yayımladığı fotolarda məhz PIF Qülləsi əks olunub.
Zərbə nəticəsində qüllənin 7-8 mərtəbəsinin pəncərələri sınıb, binanın metal üzlüyünün bir hissəsi sıradan çıxıb.
Hadisədən dərhal sonra maliyyə mərkəzinin bütün giriş-çıxışları bağlanıb və ərazidəki insanlar təxliyə olunub. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Hücumdan sonra açıqlama verən husilərin hərbi sözcüsü Yəhya Səri paytaxtdakı maliyyə mərkəzi ilə yanaşı, Kral Xalid Beynəlxalq Hava Limanına da çoxsaylı qanadlı raketlərlə zərbə endirdiklərini iddia edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xəzər mənzərəli irimiqyaslı "Caspi Yards" layihəsi və 44 mərtəbəli "Zəfər Qülləsi" təqdim olunub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













