İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicinin bəyanatına istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən "Facebook" tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.
"Meta"ya 60 gün ərzində standart olaraq bu funksiyanı qeyri-aktiv etmək və onun istifadəsi üçün ayrıca razılıq tələb etmək tapşırılıb. Şirkət agentliyə operativ olaraq şərh verməyib.
Təhqiqat 2025-ci ildə başlayıb və bu materialların süni intellekt modellərinin təlimi üçün ehtimal olunan istifadəsinə toxunmayıb. "Meta" belə bir təcrübəni təkzib edib.
Tənzimləyici həmçinin 2026-cı ildə istifadəyə verilmiş, buludda istifadəçi qalereyalarının məzmununun emalı funksiyasını ayrıca yoxlamaq hüququnu özündə saxlayıb.
Qurumun məlumatına görə, cərimə "Meta"nın dünya üzrə gəlirinin təxminən 0,47%-ni təşkil edir.
Oxşar xəbərlər
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













