Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi
Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, Milli Assambleyada keçirilən hökumət saatında danışıb.
"Əminəm ki, referendum zamanı Ermənistan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edərək yeni Konstitusiyanı dəstəkləyəcək. Çünki bu Konstitusiyaya səs verməklə onlar özlərinin və gələcək nəsillərinin xeyrinə seçim etmiş olacaqlar", - deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, yeni Konstitusiya ilə bağlı gündəlik dövlətin gələcək baxışı və inkişaf modeli ilə əlaqədardır.
"Yeni Konstitusiyanın konsepsiyası və ideologiyası "Real Ermənistan" ideologiyasına əsaslanmağı nəzərdə tutur. Məqsəd Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət kimi təsbit etmək, münaqişələr səhifəsini bağlamaq, dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə ötürməkdir. Söhbət məhz bundan gedir", - deyə Ermənistanın baş naziri bildirib.
O qeyd edib ki, təklif olunan yanaşmanın məqsədi sülhü və xalq hakimiyyətini dönməz prosesə çevirməkdir.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın hazırkı Konstitusiyası münaqişəyə xidmət etmək məntiqi əsasında formalaşdırılıb, yeni Konstitusiya isə sülhə xidmət etmək üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır"
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













