Qazaxda dörd nəfərin öldüyü qəzada yaralanan qadının vəziyyəti ağırdır – Yenilənib-3
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan "Far.Az"un Qərb bürosuna verilən məlumata görə, ona zəruri tibbi xidmət göstərilib.
Ağır kəllə-beyin tramvası diaqnozu təyin olunan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda baş verən qəzada ikisi uşaq olmaqla, dörd nəfər ölüb.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi "Opel" və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi "Tofaş" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və "Tofaş"ın iki azyaşlı sərnişini həlak olub. "Tofaş"da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb.
Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.
Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digəri isə 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğludur.
Qazax rayonunda avtoqəza zamanı üç nəfər ölüb.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Aslanbəylı kəndinin ərazisində Yuxarı Salahlı-Kəmərli yolunda qeydə alınıb.
İki minik maşının toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. İki nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib - YENİLƏNİB
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Rumıniyada güclü zəlzələ baş verib













