Fransa parlamenti hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib
Far.Az xəbər saytı

Fransa parlamenti hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib


Fransa Milli Assambleyası hərbi büdcənin 2030-cu ilə qədər 36 milyard avro artırılmasını yekun olaraq təsdiqləyib.

"Far.Az" xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında canlı yayımda açıqlanıb.

Tələb olunan 245 səs çoxluğu olduğu halda, bu qərarı 375 deputat dəstəkləyib.

"Bu qanun layihəsi 2026-2030-cu illər ərzində maliyyələşmənin 36 milyard avro artırılmasını konkretləşdirir. Təbii ki, bu səylər büdcə ilə bağlı vəziyyətin kəskin şəkildə pisləşdiyi tam dərk edilərək həyata keçirilir", - Fransanın silahlı qüvvələr naziri Katrin Votren bildirib.

2024-2030-cu illər proqramı çərçivəsində ümumi müdafiə xərcləri 400 milyard avrodan 436 milyard avroya qədər artacaq ki, bu da onları ÜDM-in 2,5%-nə çatdırmağa imkan verəcək. Əlavə vəsaitlər Ukrayna və Yaxın Şərqdəki müasir münaqişələrin təcrübəsi nəzərə alınmaqla, silah ehtiyatlarının artırılmasına və pilotsuz uçuş aparatlarının inkişafına yönəldiləcək. Bununla yanaşı, maliyyələşmənin həcminə gələcək illik büdcələrdə düzəlişlər edilə bilər.

Oxşar xəbərlər

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Canlı yayımda saçı qırxılan qadın: "Ərim məni şantaj etməyə başladı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər