Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
Far.Az xəbər saytı

Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb


ABŞ Prezidenti Donald Tramp Amerikanın texnologiya şirkəti Nvidia-nı üzr istəməsindən sonra Censen Huanqı yenidən baş direktor vəzifəsinə qaytarmağa çağırıb.

"Far.Az" Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən onun geri qayıtmasına çox şad olardım. O, dünyanın ən görkəmli zəkalarından biridir. Censenə ikinci şans verilməsini istərdim. Biz insanlara ikinci şans verilən ölkəyik və onun yenidən şirkətə rəhbərlik etməsini məmnuniyyətlə qarşılayardım", – Tramp deyib.

ABŞ Prezidenti eyni zamanda Huanqa işinə qayıtmazdan əvvəl səmimi şəkildə üzr istəməli olduğunu vurğulayıb.

Tramp həmçinin bu həftə Çinin Şençjen şəhərində Çin Sədri Si Cinpinlə görüşü zamanı Nvidia-nın sabiq rəhbəri ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini bildirib.

"Sədr Si mənə onun parlaq insan olduğunu dedi. Bu, həqiqətən də belədir. Hesab edirəm ki, şirkət rəhbərliyi onun üzrxahlığını qəbul etsə və işinə qayıtmasına icazə versə, ağıllı qərar vermiş olar", – Amerika lideri qeyd edib.

Qeyd edək ki, Censen Huanq noyabrın 11-də Nvidia-nın baş direktoru vəzifəsindən ayrılıb. Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti olaraq rəhbər vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər