Axios: ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
Far.Az xəbər saytı

Axios: ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib


Ağ Ev, vəzifəsindən istefa verən Şon Kernkrossun yerinə Kirsten Devisi ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edib.

"Far.Az"un məlumatına görə, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər verib.

"Kirsten bu vəzifədə uğurla xidmət etmək üçün bütün lazımi təcrübəyə malikdir və onun namizədliyi artıq Senat tərəfindən təsdiqlənib", - ABŞ administrasiyasının sözçüsü bildirib.

K.Devis əvvəllər ABŞ-nin müdafiə naziri Pit Heqsetin informasiya idarəçiliyi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təminatı üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.

O, Donald Tramp administrasiyasına qoşulmazdan əvvəl "Unilever" şirkətində çalışıb və dünyanın ən böyük istehlak malları şirkətlərindən birinin qlobal əməliyyatlarının kiber dayanıqlığının təmin edilməsində məsul olub.

Oxşar xəbərlər

Dərnəgüldə yanan obyektin malları daşınır
Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər