"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Far.Az xəbər saytı

"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb


ABŞ fond bazarında qeydə alınan eniş fonunda Tokionun fond birjasında ticarət sessiyası kəskin qiymət ucuzlaşması ilə başlayıb.

"Report"un "Nikkei" qəzetinə istinadən məlumatına görə, ticarət başladıqdan sonra Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymət dinamikasını əks etdirən "Nikkei"in 225 indeksi 4,55 % azalaraq 56 740,37 bəndə düşüb.

Yaponiyalı analitiklərin qiymətləndirmələrinə görə, mənfi dinamika əvvəlki ticarət sessiyasının yekunları üzrə ABŞ fond indekslərinin aşağı düşməsi ilə əlaqədardır.

Şirkət bir gün əvvəl Nasdaq birjasında ticarətə başlayıb.

Nəşr kotirovkaların azalmasının mümkün səbəblərindən birini, bir gün əvvəl "Nasdaq" birjasına çıxan Amerika texnoloji şirkəti "Anthropic"in səhmlərinin lehinə investisiya fondlarının yenidən bölüşdürülməsini göstərir.

Xatırladaq ki, ilk ticarət sessiyasının yekunlarına əsasən, "Anthropic"in səhmləri 17,07 % bahalaşıb, "Nasdaq"ın indeksi isə 2,25 % düşüb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər