Tanınmış həkim həbs olundu
Far.Az xəbər saytı

Tanınmış həkim həbs olundu


Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub.

Far.Az Xitab24.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Zeynal adı ilə də tanınan stomatoloq bu əməlləri "Loft Dent", "L.A Dent" və "Mediland Hospital"da törədib.

Pasiyentlərdən pul almasına baxmayaraq, verdiyi vədlərə əməl etməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər