Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb
Far.Az xəbər saytı

Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə üçtərəfli görüşünü faktiki olaraq "üçlük sammiti" adlandırıb.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, səfər çərçivəsində apardığı danışıqlar beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verib.

"Dörd gün ərzində 20-dən çox dünya lideri ilə görüşdüm, iki yeni ticarət sazişi imzaladım, daha 10-a yaxın saziş isə yaxın vaxtlarda imzalanacaq. Dörd böyük beynəlxalq sammitdə iştirak etdim, ABŞ-nin regionun bütün ölkələri ilə müttəfiqlik münasibətlərini bir daha təsdiqlədim və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdim", – Ağ Evin rəhbəri bildirib.

Tramp Asiya turnesini ABŞ prezidentlərinin ölkə tarixində xaricə həyata keçirdiyi ən uğurlu səfərlərdən biri kimi xarakterizə edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər