Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb
Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib.
"Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək.
Yardım paketi pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünü nəzərdə tutur. Tədarüklərin 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna həm döyüş meydanında, həm də danışıqlarda öz mövqelərini möhkəmləndirməkdə Avropanın dəstəyinə arxalana bilər.
"Bu gün biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə 1 milyard avronun ayrılmasını təsdiqləyirik. Bu vəsaitlər Ukraynanın kəskin ehtiyac duyduğu pilotsuz uçuş aparatlarının, HHM sistemlərinin, döyüş sursatlarının və digər vasitələrin alınmasına sərf olunacaq. Ukrayna həm döyüş meydanında, həm də danışıqlar masası arxasında mövqelərini möhkəmləndirməyə kömək edəcək Avropaya arxalana bilər", - o qeyd edib.
Qəbul edilmiş qərar Avropa Sülh Fondu çərçivəsində Ukraynanı dəstəkləmək üçün ümumilikdə 6,6 milyard avronun səfərbər edilməsi barədə Aİ-yə üzv dövlətlər tərəfindən 2026-cı il sentyabrın 25-də əldə olunmuş siyasi razılaşmanın həyata keçirilməsi istiqamətində növbəti addım olub.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













