Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti
Far.Az xəbər saytı

Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti


Baku TV-nin "Qarabağ xronikası" verilişinin budəfəki buraxılışında Ağdamın beş müdafiə xəttindən və rayonun döyüşsüz azad edilməsinin səbəblərindən bəhs olunub.

Bildirilib ki, 1993-cü il iyulun 23-də işğal edilən Ağdam Qarabağın mühüm nəqliyyat və kommunikasiya qovşaqlarından biri idi.

İşğalın 27 ili ərzində Ermənistan tərəfi burada beş müdafiə xətti, mina sahələri, səngərlər, artilleriya mövqeləri və komanda məntəqələri yaratmışdı. Diqqətə çatdırılıb ki, istehkamların mühüm elementləri arasında Çobandağ və Çeyildağda yerləşən komanda məntəqələri də var idi.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk atəşləri Ağdamın işğal altında olan ərazilərindən açıldı. Lakin Azərbaycan Ordusu düşmənin gözlədiyi istiqamətdən hücum etmək əvəzinə cəbhənin digər istiqamətlərində hərbi-strateji üstünlük qazandı. Nəticədə, Ağdamın beş müdafiə xəttini birbaşa yarmağa ehtiyac qalmadı və 2020-ci il noyabrın 20-də rayon 27 illik işğaldan sonra döyüşsüz Azərbaycanın nəzarətinə keçdi.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan və Türkiyə generalları görüşdülər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər