Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, yaralı sayı artıb - YENİLƏNİB
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, saat 05:10-a olan vəziyyətə əsasən 20 nəfərin xəsarət aldığı barədə məlumat təsdiqlənib.
T. Tkaçenko bildirib ki, atəş nəticəsində bütün Kiyev üzrə 28 yerdə zədələnmələr qeydə alınıb: "Əsasən yaşayış binaları və mülki infrastruktur obyektləri ziyan görüb".
Rusiya qoşunları iyulun 2-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək Kiyevə zərbə endirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində beş nəfər yaralanıb.
"Hava həyəcanı elan edildikdən sonra hava hücumundan müdafiə (HHM) bölmələri paytaxta bir neçə istiqamətdən yaxınlaşan hədəflərə atəş açıblar", - məlumatda bildirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko çoxmərhələli kombinəedilmiş hücum ehtimalı barədə xəbərdarlıq edib və sakinləri sığınacaqlarda qalmağa çağırıb. Daha sonra o, ballistik raketlərin tətbiqi təhlükəsi barədə məlumat verib, bundan sonra Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) şimaldan Kiyevə doğru uçan raketlər barədə məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Desnyan rayonunda PUA qalıqları yanğına səbəb olmadan fərdi evin yaxınlığına düşüb. Bundan əlavə, raket zərbəsi nəticəsində insanların köməksiz vəziyyətdə qaldığı doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.
Şevçenko rayonunda dron qalıqları qeyri-yaşayış binasının ərazisinə düşüb. Daha sonra orada üçmərtəbəli binanın damı yanıb, həmçinin mehmanxanada yanğın baş verib. Bundan əlavə, tibb müəssisəsi qismən dağılıb.
Bundan əlavə, iyulun 2-nə keçən gecə Rusiya qoşunları Xarkovda yaşayış binasına zərbə endirib. Hücumun nəticələri barədə məlumat dəqiqləşdirilir.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Rusiyanın PUA hücumundan sonra Kiyev
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Rusiya ordusunun Kiyevə gecə hücumu - FOTOREPORTAJ
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













