Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Rusiyanın Tuapse şəhəri pilotsuz uçuş aparatlarının hücumlarından sonra ciddi ekoloji problemlərlə üzləşib.
Far.Az xəbər verir ki, ilk hücum aprelin 16-da baş verib. Hadisədən sonra dənizdə təxminən 10 min kvadratmetr sahəni əhatə edən neft ləkəsi aşkarlanıb. Çirklənmənin qarşısını almaq üçün əraziyə xüsusi qoruyucu baryerlər yerləşdirilib.
Aprelin 20-də isə şəhər yenidən hücuma məruz qalıb. Bu dəfə dəniz limanında güclü yanğın başlayıb və bir neçə gündür davam edir. Yanğının söndürülməsinə yüzlərlə xilasedici və onlarla texnika cəlb olunub.
Bildirilib ki, son günlər şəhərdə "qara yağış" da müşahidə edilib. Yağış nəticəsində ətraf mühit neft məhsullarının tüstüsü ilə çirklənib. Xüsusilə quşlar və sahibsiz heyvanların mazuta bulaşdığı bildirilir və sakinlər onları xilas etməyə çağırılır.
Bundan əlavə, bəzi ərazilərdə havada benzol, ksilol və qurumun səviyyəsinin normadan 2-3 dəfə yüksək olduğu qeydə alınıb. Yerli sakinlərə zəruri olmadıqca evdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Rusiyanın PUA hücumundan sonra Kiyev
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib













