Zelenski: Rusiya Kiyevə kütləvi zərbələrə görə mütləq cavab alacaq
Far.Az xəbər saytı

Zelenski: Rusiya Kiyevə kütləvi zərbələrə görə mütləq cavab alacaq


Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə o paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.

"Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib.

O həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.

Oxşar xəbərlər

Rusiyanın PUA hücumundan sonra Kiyev
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər