Mərkəzi Afrikada yaraqlılar Sudanla sərhəddəki şəhəri ələ keçirib, onlarla insan həlak olub
Mərkəzi Afrika Respublikasının (MAR) şimal-şərqində, Sudanla sərhəddə yerləşən Am-Dafok şəhərinin naməlum yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində onlarla insan ölüb və xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Ndeke Luka" radiosu məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 28 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb.
Qeyd edilib ki, şəhərin bir çox sakinləri evlərini tərk edib və BMT-nin MAR-da Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyasının (MINUSCA) yerli bazasında sığınacaq axtarırlar. Bildirilib ki, bazanın özündə tibbi yardımın olmaması səbəbindən iki uşaq ölüb.
Radio qeyd edib ki, təhlükəsizlik sahəsindəki böhranla yanaşı, Am-Dafok xəstəxanaların qarət edilməsi ilə üzləşir və bu, tibbi yardıma əlçatanlığı, demək olar, mümkünsüz edir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda xəstəxanaların qarşısında yeni minib-düşmə zolaqları yaradıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













