Şəhər Günü münasibətilə "Ağdama qayıdış" sənədli filmi nümayiş olunub
Far.Az xəbər saytı

Şəhər Günü münasibətilə "Ağdama qayıdış" sənədli filmi nümayiş olunub


Ağdam Muğam Mərkəzinin qapalı zalında "Ağdama qayıdış" sənədli filmi nümayiş olunub.

"Far.Az"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, 20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərdə silsilə tədbirlər davam etdirilir.

Bu çərçivədə məktəblilər üçün şəhər 1 saylı orta məktəbində Ağdam Dövlət Dram Teatrının Azərbaycan xalq nağılı əsasında hazırladığı "Göyçək Fatimə" tamaşası göstərilib.

Daha sonra tədbirlər Ağdam Muğam Mərkəzində davam etdirilib. Mərkəzində incəsənət sərgiləri təşkil olunub, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Bundan başqa, Mərkəzin zalında Azərbaycanın qədim milli musiqi alətəri sərgilənib, onların tarixi barədə ziyarətçilərə geniş məlumat verilib.

Mərkəzin səhnəsində "Ağdam üçün oxu" klipi nümayiş etdirilib.

Ağdam Muğam Mərkəzinin amfiteatrında isə "Qaya" qrupunun iştirakı ilə mini-konsert proqramı təqdim edilib. Muğam Mərkəzinin qapalı zalında şəhər haqqında "Ağdama qayıdış" sənədli filminin nümayişi baş tutub.

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər