Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir
Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir.
Bu barədə "Report"a BTQ-dən məlumat verilib.
Qeyd edilib ki, son dövlər yenidən BTQ-nin rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən məqsədyönlü və sistemli şəkildə kiberhücumlar həyata keçirilir:
"Təşkilatın sosial media hesablarına qarşı ardıcıl giriş cəhdləri, kütləvi və əsassız şikayətlər vasitəsilə səhifələrin bloklanmasına yönəlmiş addımlar, eləcə də rəsmi internet saytının normal fəaliyyətini pozmağa istiqamətlənmiş kiberhücumlar ciddi narahatlıq doğurur.
Aparılan texniki araşdırmalar və təhlillər rəsmi internet saytına və sosial media hesablarına yönəlmiş kiber fəaliyyətin əhəmiyyətli hissəsinin Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlandığını göstərir".
Vurğulanıb ki, BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də müxtəlif siyasi tərəflərin özünü sərbəst ifadə etməsi üçün açıq və azad platforma rolunu oynayır:
"Belə bir təşkilatın sosial media hesablarına sistemli şəkildə kiberhücumlar həyata keçirmək söz və ifadə azadlığına, fikir müxtəlifliyinə və açıq dialoq prinsiplərinə ziddir.
Hesab edirik ki, fərqli mövqelərin ifadə edilməsinin qarşısını almağa cəhdlər etmək, alternativ fikirləri susdurmağa və informasiya mübadiləsini məhdudlaşdırmağa çalışmaq fundamental insan hüquqlarını kobud şəkildə pozur. Mövcud fikir ayrılıqları kiberhücumlar və rəqəmsal platformaların bloklanması yolu ilə deyil, qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoq vasitəsilə həll edilməlidir.
Bu baxımdan, təşkilatımızın fəaliyyətinə qarşı hücumları sifariş verən və ya həyata keçirən dövlətləri qanuni fəaliyyətimizə mane olmaqdan çəkinməyə çağırırıq".
Qeyd edilib ki, Bakı Təşəbbüs Qrupu bütün bu təzyiq və maneələrə baxmayaraq, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, söz azadlığının təşviqi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfaf etdi
BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-də beynəlxalq tədbirdə iştirak edəcək
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













