Almaniyada "Mercedes-Benz"in işçiləri etiraz aksiyalarına çıxıblar
Almaniya avtomobil istehsalçısı olan "Mercedes-Benz Group AG"nin minlərlə əməkdaşı xərclərin azalması üzrə yeni proqrama görə etiraz aksiyalarına çıxıb.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın ən böyük həmkarlar ittifaqı olan "IG Metall"a istinadən SWR teleradio şirkəti məlumat yayıb.
"Cümə günü bütün Almaniya boyu minlərlə Mercedes əməkdaşı şirkətin xərcləri azaltmaq kursuna qarşı etiraz aksiyalarına çıxıb… Etirazlarda 20 minə yaxın işçi iştirak edib", - məlumatda bildirilib.
"Mercedes-Benz Group AG" Almaniyadakı 90 min əməkdaşını illik mükafatsız qoyacaq. Şirkət rəhbərliyi həmçinin əlavə ödəniş etmədən iş həftəsinin müddətini uzatmağı planlaşdırır. "Handelsblatt"ın hesablamalarına görə, qənaət edilən məbləğ 10 milyon avrodan çox təşkil edə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













