Serbiyanın XİN rəhbəri Aİ nümayəndəsi ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edib
Serbiyanın xarici işlər naziri Marko Curiç iyulun 3-də Brüsseldə Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Peter Sorensenlə Kosovo və Metoxiyadakı vəziyyət, eləcə də regiondakı prosesləri müzakirə edib.
"Report"un Balkan bürosu xəbər verir ki, M.Curiç Belqradın Priştina ilə dialoqa sadiq olduğunu vurğulayıb.
Nazir Priştinadakı uzunmüddətli siyasi qeyri-sabitliyə baxmayaraq, yüksək səviyyəli dialoqun tezliklə bərpa olunması üçün şəraitin yaranacağına ümid etdiyini bildirib.
O vurğulayıb ki, dialoqun növbəti mərhələsində əsas diqqət ilk növbədə indiyədək əldə edilmiş razılaşmaların tam icrasına yönəldilməlidir.
M.Curiç xatırladıb ki, Priştinanın maneələri və Brüssel Sazişi ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən yayınması səbəbindən hələ də Serb Bələdiyyələri Birliyi yaradılmayıb: "Serbiyanın birmənalı mövqeyinə görə, Serb Bələdiyyələri Birliyinin yaradılması prioritet olaraq qalır, Kosovo və Metoxiyada serb xalqının institusional imkanlarının gücləndirilməsi, həmçinin onun kollektiv hüquqlarının qorunması üçün əsas çərçivə hesab olunur".
Oxşar xəbərlər
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













