Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb


ABŞ-nin Müstəqillik Gününün qeyd olunması zamanı Bruklində (Nyu-York) baş verən atışmada səkkiz nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Axşam saatlarında Bruklində pirotexnika şousunu izləyərkən dördü uşaq olmaqla, səkkiz nəfər atışma zamanı yaralanıb", - deyə nəşr qeyd edir.

Dəqiqləşdirilib ki, atışma Koni-Aylenddə, atəşfəşanlıq şousunun planlaşdırıldığı sahilin yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən yeddisinin vəziyyəti stabil qiymətləndirilir, daha bir nəfərin həyatı üçün təhlükə var.

Faktla bağlı araşdırma başlanılıb. Şübhəlilər və ya cinayətin motivləri barədə məlumat yoxdur.

Oxşar xəbərlər

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Naxçıvanda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq olub
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər