Çilidə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var
Çilinin cənubunda turist mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb.
"Report"un "La Tercera" qəzetinə istinadən məlumatına görə, qəza noyabrın 21-də günün ikinci yarısında Ruta 9 şosesinin 160-cı kilometrliyində Puerto-Natales şəhəri istiqamətində hərəkət zamanı baş verib.
Qəzetin məlumatına görə, rusiyalı turistləri daşıyan mikroavtobus Argentinadan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində Rusiyanın vətəndaşı - kişi və qadın - hadisə yerində ölüb, daha iki rusiyalı yaralanıb. Hər iki nəqliyyat vasitəsinin sürücüləri və mikroavtobusdakı daha bir sərnişin də yaralananlar arasındadır.
Hadisə yerinə Çili polisinin əməkdaşları gəlib. Qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













