FT: Optik lifin bahalaşması Ukraynanın dron istehsalını çətinləşdirəcək
Far.Az xəbər saytı

FT: Optik lifin bahalaşması Ukraynanın dron istehsalını çətinləşdirəcək


Yazdan bəri optik lifin qiymətinin, demək olar, yeddi dəfə artması data mərkəzlərin kütləvi inşası, eləcə də Ukrayna münaqişəsində kabelli dronların geniş yayılması ilə əlaqədardır.

"Far.Az"un məlumatına görə, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, yazdan bəri optik lifin bir kilometrinin dəyəri 4 dollardan, demək olar, 30 dollara qədər artıb. Ondan telekommunikasiya sahəsində, süni intellektdən istifadə etməklə məlumatların emalı mərkəzlərinin tikintisində, həmçinin pilotsuz uçuş aparatları (PUA) və onun operatoru arasında simli əlaqə üçün istifadə olunur.

"Optik lifin artan dəyəri, eləcə də Ukraynaya tədarüklə bağlı problemlər ölkədəki bəzi dron istehsalçılarının ondan istifadədən imtina edərək dronla daha ucuz və daha etibarlı əlaqə üsulu olan simsiz "Starlink" sisteminə üstünlük vermələrinə gətirib çıxarır", - FT yazıb.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər