Ohayo ştatında baş verən atışmada üç nəfər ölüb - Yenilənib
Far.Az xəbər saytı

Ohayo ştatında baş verən atışmada üç nəfər ölüb - Yenilənib


Ohayo ştatının Parma şəhərində doğulacaq uşağın şərəfinə keçirilən şənlikdə atışma zamanı üç nəfər ölüb, bir nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı şəhər polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmilərin məlumatına görə, həlak olanlar iki yetkin kişi və bir yeniyetmə qızdır, onların kimliyi açıqlanmayıb.

Şübhəli şəxs artıq saxlanılıb.

Ohayo ştatının Parma şəhərində atışma baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, polis hadisəni çox sayda insanın xəsarət aldığı insident kimi qiymətləndirib.

Polisin məlumatına görə, iki şübhəli şəxs müəyyən edilib, hadisə yerində iki ədəd odlu silah aşkar edilərək götürülüb. Xəsarət alanların sayı və onların aldıqları travmaların ağırlıq dərəcəsi hələlik dəqiqləşdirilməyib.

Hüquq-mühafizə orqanları əhali üçün heç bir təhlükənin olmadığını bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər