Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 951,2 milyon manat​​​​​ vəsait yönəldilib.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,1 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların payı 22,5 %-dən 23,9 %-ə yüksəlib.

Hesabat dövründə xarici investisiyaların 3 milyard 833,5 milyon manatı (97,1 %-i) Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, BƏƏ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çin sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.

O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu isə 28,7 % artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 2,3 % artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 20 % artaraq 9 milyard 137 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3 % artaraq 5 milyard manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 4,8 % azalaraq 2 milyard 382,8 milyon manat olub.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər