Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Far.Az xəbər saytı

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək


Ermənistan hakimiyyəti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.

"Far.Az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Digitec yüksək texnologiyalar forumunda NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.

"Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik", - Paşinyan deyib.

O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq. Onun sözlərinə görə, Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər